Yoxa çıxan azərbaycanlı balıqçılar tapıldı

Son güncelleme: 16.08.2015 18:06
  • Sosial xəbərlər

    Avqustun 10-da Xəzərdə itkin düşmüş 4 neftçalalı balıqçı tapılıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə itkin balıqçılardan birinin qohumu, Neftçala rayon sakini Tanrıverdi Əliyev məlumat verib.

    T.Əliyev bildirib ki, Neftçala rayonunun Qoltuq kənd sakinləri olan 4 balıqçı sağ-salamatdır: “Həmin 4 nəfərin ailələrinə verilən məlumata görə, onlar İran İslam Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblarmış və hazırda İrandadırlar”.

    İtkin düşən şəxslərin adlarını təqdim edirik:

    Ağalarzadə Şahin Mazan oğlu, 1970-ci il təvəllüdlü

    Abbasov Sahib Qarakişi oğlu, 1964-cü il təvəllüdlü

    Eynullayev Əliş Ulduz oğlu, 1985-ci il təvəllüdlü

    Xəlilov Nəcəf Rafil oğlu, 1966-cı il təvəllüdlü.

    T.Əliyevin verdiyi məlumata görə, adıçəkilən şəxslər 6 gün əvvəl qanuni sənədləri olan balıqçı qayığında Bakı şəhəri Pirallahı adasından balıq ovlamaq üçün Xəzərə çıxıblar. Elə o vaxtdan da onlardan bir xəbər yoxdur. Avqustun 13-də Şahinin, avqustun 14-də isə Nəcəfin həyat yoldaşlarının mobil telefonlarına gizli nömrələrdən zənglər gəlsə də xətdəki xışıltıdan danışmaq mümkün olmayıb, əlaqə kəsilib. İtkin düşmüş balıqçıların yaxınları avqustun 12-də FHN-ə müraciət ediblər. Nazirlikdən isə onlara bildirilmişdi ki, Xəzərdə itkin düşmüş balıqçıların tapılması üçün havadan və dənizdən axtarışlar başlanılıb.

    alıntı
#16.08.2015 18:06 0 0 0