Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında əməliyyata ehtiyacı olduğunu bildirib:
“Ağır yük götürəndə zədələndi. Həkim dedi ki, ya əməliyyat olunmalıdır, ya da üzərində işləyib, bərkitməlisən. İdmanla məşğulam deyə, tez-tez qolum zədələnir. Mən həm fitneslə məşğulam, həm də dağ velosipedi sürürəm. Bir yerdə dayana bilmərəm. Əməliyyat olunsam gərək 1 ay qolum sarıqlı olsun. Ona görə də çalışıram qolumu bərkidim".