Dünya sənə ağır gələr - Nüsrət Həsən

Son güncelleme: 18.08.2015 13:49
  • Nüsrət Həsən şeirləri - Dünya sənə ağır gələr şeirin oxu

    ...Bel bağlma xəyallara
    Xülya sənə ağır gələr.
    Məni görmə yuxularda
    Röya sənə ağır gələr...
    ***
    ...Məcnun kimi batdım qəmə.
    Üz tutdum başqa aləmə.
    Gəlmək üçün cəhd eyləmə
    Səhra sənə ağır gələr...
    ***
    ...İstəyirəm daha susam
    O dünyaya ayaq basam.
    Bu dünyada çox yaşasam
    Dünya sənə ağır gələr...
    ***
    ...Günahsızam deyənməzsən
    Mələk donu geyənməzsən.
    Sən heç kimi sevənməzsən
    Sevda sənə ağır gələr...
    ***
    ...Sənin üzün gülsün təki.
    Mən yazaram, şeir nə ki?
    Çox oxusan sözümdəki
    Məna sənə ağır gələr...
    ***
    müəllif: Nüsrət Həsən
#18.08.2015 13:49 0 0 0