ABŞ-ın Sanset şəhərində naməlum şəxs küçədə atəş açaraq 3 nəfəri yaralayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan biri polis əməkdaşıdır.
İnsidentdən sonra yanacaqdoldurma məntəqəsində gizlənən, şəxsiyyəti hələ ki məlum olmayan kişi polis tərəfindən yaxalanıb. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, Sanset Luiziana ştatının cənub-qərbində yerləşir. Hazırda şəhərdə 2 minə yaxın insan yaşayır.