Yay üçün ekspress maskalar

Son güncelleme: 27.08.2015 10:20
  • yay maskaları - dəriyə qulluq

    Yayda bədən daha çox qulluq tələb edir. Buna səbəb insanın çox hərəkətdə olması və günəş vannası qəbul etməsidir. Nəticədə dəri zədələnir, yorulur.

    Maskaları təqdim edirik:

    • Ayaqlardakı yorğunluğu, ağrıları, döyənəkləri götürmək üçün ayaqaltına nanənin efir yağını çək.

    • Ayaqlarında «ulduz» damarlar varsa, yayda qısa ətək və ya çimərlik dəsti geyinmək sənin üçün əsl problem olacaq. Ona görə də hər axşam duş qəbulundan sonra dizdən yuxarıya doğru alma sirkəsi sürtmək səni həm «ulduzcuqlardan», həm də sellülitdən azad edər.

    • Quruyub, qart bağlamış daban, diz və dirsəkləri bir dilim limon və ya bir qaşıq mayonez sürtməklə yumşaltmaq olar.

    • Qreypfrut, çiyələk, kök və kartof şirəsi və ya bal üzü tez bir zamanda nəmləndirib, yorğunluğu götürür.

    • Yay günəşindən qurumuş saçlara mayonez sürtməklə, onları nəmləndirmək və parlaqlığını qaytarmaq mümkündür.

    alıntı
#27.08.2015 10:20 0 0 0