Azərbaycanlı prodüser Mehri Əliquliyeva üç il birgə işlədiyi müğənni Sevinc-Sevil bacıları ilə olan işbirliyinə son qoyub. Bu barədə Lent.az-a prodüserin özü məlumat verib: “Artıq Sevinc-Sevillə çalışmıram. Bunu özüm istədim. Dost kimi ayrıldıq. İstəmirəm ki, bu barədə kimlərsə artıq-əskik nəsə yazsın”.
M.Əliquliyeva bildirib ki, o, artıq yeni işbirliyinə başlayıb: “Müğənni Rəvan Qarayevlə işbirliynə başlamışam. Qarşıda bir çox işlərimiz var. Allah hər kəsin işini xeyirli etsin”.
Qeyd edək ki, Sevinc-Sevil bacıları bir müddət öncə prodüser Toliklə əməkdaşlığa başladıqlarını açıqlayıblar: “Nəhayət bu gün gəlib çatdı. Bizim üçün önəmli bir xəbərdir. Bu gün fəxrlə deyə bilərik ki, hər birinizin işləmək istədiyi prodüser Toliklə işbirliyinə başladıq. Bu açıqlamamızdan sonra düşmənlərimizin sayı artacaq. Amma buna da hazırıq. Ruzini verən Allahdır”.