Lavanda yağı – Parlaq dəri üçün lavanda yağınin xeyri - Lavanda yağınin faydaları
Sakitləşdirici bir təsirə malik olan lavanda yağının faydalarını saymaqla bitmir.
Stressi yox etməklə yanaşı bir çox dəri xəstəliklərində də faydası bilinən lavanda yağını dəri baxımı üçün istifadə etməyə elə indidən başlayın.
nəmləndirici xüsusiyyəti olan lavanda yağının dəriyə faydalarını təqdim edir.
Quruyan dodaqlardan şikayət edirsizsə, lavanda yağının nəmləndirici keyfiyyətindən faydalanaraq çatlamış dodaqlardan xilas ola, eyni zamanda dolğun və canlı bir görünüşə sahib ola bilərsiz.
İlıq suya bir neçə damcı lavanda yağı əlavə edib sızanaqlar üçün istifadə edə bilərsiz. Dəri üçün tonik olaraq istifadə edə biləcəyiniz lavanda yağı sızanaqları müalicə edir.
Çox sıx makiyaj etdiyiniz və kimyəvi vəsaitlər istifadə etdiyinizdən korlanmış dəriniz üçün lavanda yağını makiyaj təmizləyən losion olaraq istifadə edin.
Bir neçə damcı lavanda yağı, 1 çay qaşığı badam yağı və rəndələnmiş xiyar ilə hazırlayacağınız qarışım ilə makiyajınızı təmizləyin.
Üzünüzün parlaq və sağlam bir görünüşə qovuşmasını istəyirsizsə, lavanda yağı ilə maskalar hazırlayaraq dərinizin parlaq olmasını təmin edin.