Sevmişdim

Son güncelleme: 28.08.2015 14:30
  • Sevgi şeirləri - Sevmişdim şeirin oxu


    Ömrümün yolları nə yaman sərtdir,
    Bilmirəm başımda nə bəla dərddir,
    Dönməz o bu yoldan,bilirəm mərddir,
    Bu dünyanı sənə görə sevmişdim.
    İstərəm yanına gizlicə gələm,
    Səninçün sevdiyin nərgizlər dərəm,
    Ayağın altına sevgimi sərəm,
    Bu dünyanı sənə görə sevmişdim.
    Qadan alım,ay başına dolanım,
    Bu dərdlərdən gecə-gündüz solanım,
    Əhd-peymanda sədaqətli olanım,
    Bu dünyanı sənə görə sevmişdim.
    Harda olsan dərdlərindən mən pünhan,
    Gecə gündüz səndən elə nigaran,
    Sən həmdəmsən mənə,dünyada bir can,
    Bu dünyanı sənə görə sevmişdim.

    Pəri
#28.08.2015 14:30 0 0 0