meyvə ehemiyyeti - meyvəlerin xeyri - meyvəlerin orqana ne kimi xeyri var?
Bənzədiyi orqanlara yaxşı təsir edən qidaların sayı hədsiz dərəcədə çoxdur. Məhz onlardan bəzilərini sizlərə təqdim edirik.
Yerkökü - Göz
Kökdə olan beta-karotin gözə yaxşı təsir edir.
Kərəviz - Sümük
Kərəvizdə olan silisium, sümüyə gücünü verən elementdir. Eyni zamanda, kərəviz də sümük də 23% nisbətində natriuma malikdir.
Zəncəfil - Mədə
Mədənin ən yaxın dostlarından biri olan zəncəfil, əsrlər əvvəl belə qusma və dəniz tutması kimi hallarda işlədilirdi.
Üzüm - Ağciyər
Üzümün ağciyərə ən faydalı olduğu bölgə alveollardır. Ağciyər riskini azaldan üzüm bundan başqa, proantosiyanidin adı verilən bir antioksidanta sahibdir. Allergik astmaya da yaxşı təsiri məlumdur.
Şirin Kartof - Mədəaltı Vəzi
Şirin kartof, qan təzyiqini normallaşdıraraq, mədəaltı vəzin funksiyasını daha rahat etməsini təmin edir. Və tərkibində yüksək miqdarda, mədəaltı vəzi xərçənginin böyüməsini əngəlləyən B6 vitamini var.
Göbələk - Qulaq
Göbələk, D vitamini daşıdığına görə eşitmə itkisinə mane olur.
Pomidor - Ürək
Pomidor, daşıdığı likopen və C vitamini ürəyə fayda verir.
Qreypfrut - Sinə
Qreypfrutda olan limonoid adlı fitokimyəvi maddə döş xərçəngini mane olur.
Qoz - Beyin
Qoz, omega-3, fol turşusu və E vitamini baxımından ən dəyərli quru meyvə olaraq beyinə faydası böyükdür.