Piknik çörəyinin hazırlanması

Son güncelleme: 30.08.2015 00:47
  • Piknik çörəyi - Piknik çörəyinin terifi ve terkibi - Piknik çörəyi nece hazirlanir?

    Tərkibi:

    1 yumru çörək (təxminən 22 sm diametrli, 450 q)
    5 x.q. mayonez (artıq da olar)
    1,5 x.q. xardal
    300 q bişmiş kartof
    1 dəstə ispanaq
    2 toyuğun döş əti
    2 qırmızı və ya şirin bibər
    1 orta ölçülü qabaq
    120 q pendir
    1 orta boy badımcın
    duz
    istiot

    Hazırlanması:

    Çürəyi boşqaba qoyub üstdən 1/4-ni kəsin (qapaq kimi). İçini çıxarın, kənarlarının qalınlığı təxminən 2 sm olsun. Bir növ küpə alınsın.

    Mayonezi xardalla qarışdırın (başqa sevdiyiniz sous da götürə bilərsiniz), "küpə"nin iç divarına və qapağın altına çəkin. Suda bişmiş kartofu fal-fal doğrayıb dibinə döşəyin.

    İspanağı doğrayın, yarısını döşəyin.

    Bibəri sobada, yaxud közdə bişirin, ispanağın üzərinə döşəyin.

    Toyuğun filesini soyutma edə, yaxud da qızarda bilərsiniz, yarısını bibərin üstünə döşəyin.

    Qabağı fal-fal, yaxud uzununa doğrayıb qızardın. Toyuğun üzərinə qoyun.

    Pendiri sürtgəcdən keçirib səpin.

    İspanağın qalanını döşəyin.

    Badımcanı fal-fal doğrayıb qızardın, yaxud közdə bişirin, ispanağın üzərinə qoyun.

    Toyuğun qalanını da düzüb "qapağı" örtün.

    Bu "küpə"ni qida plyonkası ilə möhkəm sarıyın, üzərinə boşqab, onun üzərinə yük qoyun. Soyuducuda bir neçə saat, ən yaxşısı - 1 gecə saxlayın. Bu müddətdə iç özünü tutacaq və doğrayanda ovulub-tökülməyəcək, çörək isə için şirəsini çəkərək daha da dadlanacaq.

    Nuş olsun!

    alinti...
#30.08.2015 00:47 0 0 0