Bolonya spagettisi terifi ve terkibi - Bolonya spagettisi nece hazirlanir?
Tərkibi:
1 paket spagetti
250 qram çəkilmiş dana əti
1 baş soğan
1 xörək qaşığı tomat
4 pomidor
Duz
Qara bibər
Cəfəri
2-3 xörək qaşığı zeytun yağı
Hazırlanması:
Soğan,pomidor və sarımsağı doğrayın.Sous qaba və ya tavaya zeytun yağı tökün,soğana bir qədər duz vuraraq ağarana qədər qovurun,sonra tomat əlavə edin və qovurmağa davam edin.
Dana əti və sarımsağı qarışdıraraq 4-5 dəqiqə bişirin.Ətin rəngi dəyişən kimi doğranmış pomidorları əlavə edin.Təxminən 10-15 dəqiqə vam odda bişirin,sonra spagettinin üzərinə tökərək süfrəyə verin.