Bu ildən tədris ilinin müddəti artır

Son güncelleme: 01.09.2015 11:48
  • Xəbərlər - Təhsil xəbərləri

    Məqsəd ali təhsil müəssisələrini daha keyfiyyətli tələbə kontingenti ilə təmin etməkdir

    "2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında keçid ballarının 200 bal müəyyənləşdirilməsi Təhsil Nazirliyinin təklifi ilə gerçəkləşdirildi".
    Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, keçid balların 150 yox, nisbətən qaldırılaraq 200 nəzərdə tutulmasında əsas məqsəd insan kapitalının inkişafı, ali təhsil müəssisələrini daha keyfiyyətli məhsulla, tələbə kontingenti ilə təmin etməkdir. Gələcək illərdə də bu işə məsul olan qurumlar balların yuxarı qaldırılması ilə bağlı işlər görəcək.
    Nazirliyin rəsmisi gələcək illərdə keçid ballarının tədricən daha da artırılacağını bildirib : “Keçid ballarının artırılması məsələsi Təhsil Nazirliyinin təklifi ilə Ədliyyə Nazirliyi, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası və digər məsul orqanların birgə razılığı ilə qəbul edilib. Çalışırıq ki, universitetlərə qəbul olanlar yüksək bilik və imkanlara malik olsun.
    C.Valehov bildirib ki, bu il ali təhsil müəssisələrinə 6 min nəfərə yaxın vakant yer qalsa da, qəbulda artım olub :” Bu il ötən ilə nisbətən iki dəfə çox 700 bal toplayan olub. Ötən il bu rəqəm 7 nəfər idi, bu il isə 15 nəfər 700 bal toplayıb”.

    alıntı
#01.09.2015 11:48 0 0 0