Zəlzələ Göyçayda bir nəfərin ölümünə səbəb oldu

Son güncelleme: 04.09.2015 09:08
  • Sosial xəbərlər

    "Şəkidə baş verən 7 ballıq güclü zəlzələnin ardınca afterşokların olması təbiidir". Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, zəlzələnin ardınca 15-dən çox afterşok olub: "Afterşokların olması bir müddət davam edəcək. Ola bilər onların arasında hiss olunanları da olsun. Enerji boşalması getməlidir".

    Qeyd edək ki, bu gün səhər Şəkidə 13 km dərinlikdə 7 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkan ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

    saat:11/43

    Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.

    Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.

    Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb.

    Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir.


    Xəsarət alan yoxdur.

    saat:11/27

    Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.

    rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub.

    Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb. Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.

    saat:10/32

    Göyçay sakinlərinin verdiyi məlumat görə səhər saatlarında baş verən zəlzələ 5 dəqiqəyə qədər davam edib. İlkin məlumata görə tələfat və dağıntı baş verməyib.

    saat:10/19

    Bu dəqiqələrə Azərbaycanın bir sıra bölgələrində də zəlzələ olub.

    Belə ki, Füzuli və Biləsuvar rayonlarında da zəlzələnin dağıntılara səbəb olduğu bildirilir.

    Dağıntılar barədə əlavə məlumat veriləcək...

    saat:10/12

    AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

    Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

    Zəlzələ 13 km dərinlikdə baş verib.

    Saat:10/03

    İsmayıllıda 6 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə rayon sakinləri məlumat verib.

    Bildirilib ki, bu gün səhər 09:50 radələrində İsmayıllı rayonu ərazisində 5-6 bal gücündə zəlzələ baş verib.

    Hələlik dağıntılar barədə heç bir məlumat verilməyir.

    alıntı
#04.09.2015 09:08 0 0 0