Milli teatr mövsümünün rəsmi açılışı Gəncədə olacaq

Son güncelleme: 04.09.2015 09:26
  • teatr mövsümünün açılışı - Milli Teatr Gəncədə
    noimage
    Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabr ayının 14-də Gəncədə keçiriləcək.

    Mədəniyyət və Turizm Nazirliyindən Kulisə bildirilib ki, Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da yaxından iştirakı ilə təşkil olunacaq təntənəli mərasimə rəsmilər, tanınmış incəsənət xadimləri, respublikada fəaliyyət göstərən teatrların rəhbərləri qatılacaqlar.

    Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Gəncə Dövlət Dram Teatrının Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olacaq. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər aktyorlar ifa edirlər.

    Xatırladaq ki, son illər yeni teatr mövsümünün açılış mərasimləri paytaxt Bakı ilə yanaşı, digər şəhərlərimizdə də keçirilir. 2011-ci ildə 139-cu teatr mövsümünün rəsmi açılışı Mingəçevirdə, 2014-cü ildə 142-ci mövsümün açılışı isə Şəkidə təşkil olunmuşdu.

    alıntı
#04.09.2015 09:26 0 0 0