Müğənni Rəqsanə İsmayılova Siyəzən rayonu ərazisində yerləşən Xıdır Zində pirinə gedib. Lent.az-ın məlumatına görə, ziyarət zamanı çəkilmiş fotolarını sosial şəbəkədə paylaşan ifaçı şəklə “Allah dualarımızı qəbul etsin. Amin” şərhini yazıb.
Onu da əlavə edək ki, ifaçı pirə anası, bacısı və işçiləri ilə birgə yollanıb. Ziyarətgahdan sonra isə müğənni kabab qonaqlığı verib.