Protez dişlərə belə qulluq edin – Qayda

Son güncelleme: 04.09.2015 21:52
  • Protez dişlər - disler - dislere qulluq - dislere nece qulluq edek

    noimage

    Doğma dişlərimizin qulluğuna diqqət etdiyimiz kimi, protez diş baxımına da diqqət göstərməliyik. Bəs protez dişlərə necə qulluq etmək lazımdır?

    İstər stabil, istərsə də taxıb çıxarılan protez olsun, təmizliyi və baxımına etinasız yanaşıldığında protez aralarında toplanan bakteriyalar yaranaraq çürüklərə, diş əti problemlərinə və ağız qoxusuna səbəb olur.
    Xalq arasında taxma dişlər hesab edilən diş protezinin baxım və təmizliyinə düzgün əməl etsəniz, həm diş xəstəliklərindən qoruna, həm də protezin uzun ömürlü olmasına nail ola bilərsiz. Aile.lent.az bununla bağlı tövsiyələrini təqdim edir.

    Sabit protez istifadə edənlərin protezi gündə 2 dəfə fırçalamağı, məxsusi diş ipindən istifadə etmələri lazımdır. Sabit protezlərin baxımları düzgün edilməzsə, diş əti problemləri, ağız qoxusu kimi sıxıntılardan qaça bilməyəcəksiniz.

    Hərəkətli protezləri yeməkdən sonra çıxarıb bol su ilə mütləq təmizləyin.

    Ağız toxumasının sağıamlığı üçün hər axşam yatmadan əvvəl protezi çıxarın.

    Hər gün protezlər çıxardılaraq üzərindəki yemək qalığı təmizlənməlidir.

    Qıcıqlandıran və protez cilasını pozan maddələr qətiyyən istifadə edilməməlidir. Sabunlu su istifadə edin. Protezi təmizləyərkən yuyucu tozu kimi kimyəvi maddələrdən istifadə etməyin.

    Protezləri fırçalayarkən onlar üçün nəzərdə tutulmuş, ya da yumşaq tüklü fırçalardan istifadə edin.

    Protezlər xüsusi təmizləyici məhsullarda həftədə iki dəfə səhərə qədər saxlanmalıdır.

    Protez ağızda olmadığı zamanlarda suyun içində saxlanılmalıdır.

    Protezi təmizləyərkən əldən düşüb sınmasın deyə yumşaq dəsmalın, ya da qabın içində yuyun.

    6 ayda bir diş həkimi nəzarətinə gedin.

    Yazar:Fərizə Əhmədova

#04.09.2015 21:52 0 0 0