Rəngli şamlar ovqata necə təsir edir?

Son güncelleme: 04.09.2015 23:47
  • Rəngli şamlar - Rəngli şamlarin təsiri - Rəngli şamlar ovqata tesiri

    noimage

    Evinizi bəzəyən şamların hər rəngi fərqli bir təsir yaradır. Evlərdə, balkon və bağlarda dekorasiyası və gözəl görünüş üçün istifadə etdiyimiz şamlar, insanların ruh halına birbaşa təsir edir. Fərqli görünüşlərdə, rənglərdə və ölçülərdə olan şamlar evlərdə müsbət enerjinin də birbaşa qaynağıdır.

    Aile.lent.az musavat.com-a istinadən rənglərə görə şamların ovqata necə təsir etdiyini təqdim edir.


    Qırmızı: fiziki fəaliyyətə təşviq edir və əvvəlcədən hər hansı bir şeydən ehtiyat hissi yaradır.

    Narıncı: olduğu otağa, mühitə sevinc və coşqu gətirir, ilham hissini oyadır.

    Darçın: otaqdakı digər bəzək alətlərinin bir-biri ilə uyğunlaşma və sabitliyinə təmin edir.

    Sarı: fikri bir yerə cəmləməyə kömək edir.

    Yaşıl: tarazlığı və uyğunluğu təmin edir, emosiyalara hakim olmağı, təhlükəsizlik və qorumanı təmin edir.

    Mavi: sakitlik gətirir.

    Bənövşəyi: meditasiya üçün ideal sakitləşdirici vasitədir və eyni zamanda psixoloji xüsusiyyətə malikdir.

    Ağ: ruhun təmizlənməsinə kömək edir, eyni zamanda rahatlıq gətirir.

    Qızılı: bolluq və anlayış anlamına gəlir.

    Gümüşü: dəyişmə, yenilik və öyrənməyi təşviq edən bir balans rəngidir.

    Alinti...
#04.09.2015 23:47 0 0 0