Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində mənzildə termometrin sınması ilə bağlı müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, qurğunu sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.