Lobya – 500 qr
Baş soğan – 2 ədəd
Yağ – zövqə görə
Alça qurusu – 6 ədəd
Keşniş və şüyüd
Duz, istiot – zövqə görə
Hazırlanması:
Lobya təmizlənir, yuyulur və 10-12 saat soyuq suda isladılır. İsladılmış lobyanın suyu boşaldılır, lobya yaxalanır və təmiz suda bişirilir. Lobyanın bir hissəsi əzilir, üzərinə alça qurusu, yağda qızardılmış soğan əlavə edib 10-15 dəqiqə bişirilir, duz, istiot vurulur. Süfrəyə verdikdə xörəyin üstünə doğranmış göyərti səpilir.