Təkcə səni sevən dəmdə yaşadım - Ayaz Arabaçı

Son güncelleme: 23.09.2015 13:13
  • Ayaz Arabaçı şeirləri- Təkcə səni sevən dəmdə yaşadım şeirin oxu

    Mən ömrümü nəğmələrə çevirib,
    Bir gün zildə,bir gün bəmdə yaşadım.
    Vətənimin,millətimin çəkdiyi,
    Hər ağrıda,hər sitəmdə yaşadım.
    noimage
    Yağlamadım hər alçağın çarxını,
    Söyüb çıxdım bazarını-nırxını,
    Həyatımın qırxyeddidən qırxını,
    Acı dərddə,acı qəmdə yaşadım.
    noimage
    Canım getdi gədələrə biyarda,
    Sərvət gördüm neçə-neçə xiyarda,
    Mən bu cənnət dedikləri diyarda,
    Ömür boyu cəhənnəmdə yaşadım.
    noimage
    Ümidimi nəm çürütdü,kif kəsdi,
    Kimi gördüm Allah dedi,cib kəsdi,
    Qabağımı bir buynuzlu div kəsdi-
    Üz çevirib hansı səmtə,yaşadım,..
    noimage
    Yiyəsizəm canım-gözüm ölkədə.
    Gizləmədim vüqarımı kölgədə,
    Mən yeganə adamam ki,bəlkə də,
    Cəmi təkdə,təki cəmdə yaşadım.
    noimage
    Kilidləmə ürəyinin seyfini,
    Qoy çıxardım o illərin heyfini,
    Bu həyatın nəşəsini-keyfini,
    Təkcə səni sevən dəmdə yaşadım.

    noimage
    Ayaz Arabaçı
#23.09.2015 13:13 0 0 0