Göz xesteliyi - Itdirsəyi - Itdirsəyi haqqinda - Gözünüzə itdirsəyi cixibsa ne etmeli?
1. Linza istifadə edirsinizsə, itdirsəyi sağalana kimi ara verin.
2. İtdirsəyinə gün ərzində 15 dəqiqəlik müddətə isti su ilə kompres edin. Gün ərzində bunu 5-6 dəfə təkrarlayın. Qısa müddətdə iltihabın və şişkinliyin azalmasına fayda verir.
3. Makiyaj etməyin və gözünüzə başqa kosmetik vasitə sürtməyin.
4. Şişkinliyi azaltmaq üçün çobanyastığı çayı da istifadə edə bilərsiniz. Çobanyastığı çayını dəmlədikdən sonra soyumasını gözləyin və süzün. Pambığa batırıb itdirsəyinin üzərinə sürtün. Gündə 3-4 dəfə edin.
5. Kartofu rəndələyərək təmiz, nazik bir parçaya sarıyın və itdirsəyinin üzərinə çox basmadan qoyun. Gün ərzində 2-3 dəfə edin.
6. Ekineziya da antibakterial olduğundan itdirsəyinə faydalıdır. Ekineziya çayını pambıq yardımı ilə itdirsəyinə sürtün.
7. Sarımsaq da itdirsəyinə faydalı gəlir. Gündə 10-12 ədəd sarımsaq yeyərək, bədənin immunitet sistemini gücləndirə bilərsiniz.