Göz - Göz quruluğu - Göz quruluğu haqqinda - Göz quruluğunun emele gelme sebebi
Özəlliklə soyuq havada idman edənlərdə gözdə yanma, batma, qızarıqlıq və bulanıq görmə kimi simptomlar ortaya çıxır. Fərqində olmadığımız halda quru göz probleminə yol açır.
Quru və soyuq havalar, uzun müddət televizor izləmək, kompüter istifadə etmək və oyun oynamaq göz quruluğuna səbəb olur. Bu, görmə zəifliyindən sonra çox rastlanan gözlə bağlı ikinci şikayətdir.
Kişilərdən fərqli olaraq qadınlarda daha sıx görülən bu problem özəlliklə menopauza dönəmində rastlanır.
Kondisionerli ortamların göz quruluğuna zəmin yaratdığını deyən mütəxəssislər, xəstəliyə uyğun olaraq hava nəmləndirici istifadə etmək gərkdiyini deyir.
Müalicə üçün süni göz yaşları və gellərlə göz nəmini qaytarmaq lazımdır.