Spirt bakteriyaları məhv edir?

Son güncelleme: 28.09.2015 23:00
  • Spirt haqqinda - Spirt haqqinda bilmediklerimiz - Spirt bakteriyaları nece məhv edir?

    Xoşagəlməyən ağız qoxusu bəzən bizi ən gözlənilməz zamanda çıxılmaz vəziyyətə sala bilər. Təsəvvür edin iş çıxışında sevgiliniz qəfil qarşınıza çıxıb sizə sürpriz edir və şam yeməyini birlikdə yeməyi təklif edir. Əgər ağız qoxusuna görə narahatsınızsa, əmin ki, bu situasiya sizi xoşbəxt etməkdən çox narahat edəcək. Bu zaman aranızdakı ani yaxınlıq zamanı sevgilinizin ağız qoxusunu duyacağı qorxusu bütün görüş boyu sıxılmağınıza səbəb olacaq.

    Buna görə də indi sizə ağız qoxusundan qurtulmaq üçün bəzi məsləhətlər verəcəyik. Unutmayın ki, təkcə dişinizi fırçalamaqla ağız qoxusunun qarşısını almaq mümkün deyil. Çünki yediyimiz yeməklərdən aslı olaraq, mütəmadi olaraq ağzımızda bakteriyalar yaranır. Elə pis qoxunun mənbəyi də bu bakteriyalardır. Əgər hər dəfə yeməkdən sonra dişlərinizi fırçalamaq üçün vaxtınız yoxdursa, bunun da asan yolu var. Mütəxəssislərin sözlərinə görə, gündə 8 stəkan su içmək ağızdakı bakteriyaları azaldır. Bu isə pis qoxunun yaranmasının qarşısını alır.

    Kişilərin ağız qoxusuna görə diqqət yetirməli olduğu əsas məsələlərdən biri isə spirtli içki və siqaretdir. Siqaret ağızda o qədər bakteriya yaradır ki, bəzən ondan sonra hətta dişinizi fırçalasanız belə qoxu bir neçə gün ağzınızda qalır, hətta daha xoşagəlməz forma alır. Bəzi hallarda isə belə düşünülür ki, spirt bakteriyaları öldürməkdə əsas vasitələrdəndir. Əgər spirtli içki içiriksə, deməli, ağzımızdakı və orqanizmimizdəki bakteriyalar da məhv olur. Amma bu tamamilə yanlış fikirdi. Spirt nəinki ağızdakı bakteriyaları məhv edir, əksinə onların inkişafını sürətləndirir. Bu isə ağzınızdan daha pis qoxu yayılmasına səbəb olur.

    Dişləri təmiz saxlamağın digər üsulu isə diş ipləridir. Çünki sadə diş fırçası dişlərinizi tam olaraq təmizləmir. Əgər dişlərinizin təmizliyi sizin üçün bu qədər vacibdirsə, diş saplarından istifadə etməyiniz mütləqdir. Amma düzgün diş sapının seçilməsi üçün həkimlə məsləhətləşmək mütləqdir. Əks halda diş ətiniz bu iplərdən istifadə etmək üçün uyğun olmasa, xeyirdən çox ziyan görə bilərsiniz. Bundan əlavə onu da unutmayın ki, ağızdan pis qoxu gəlməsinin tək səbəbkarı dişlər deyil. Bunun üçün dişlərinizi fırçalayarkən fırçanın arxa hissəsi ilə dilinizi də təmizləyin.

    alinti...
#28.09.2015 23:00 0 0 0