Şərbətini hazırlamaq üçün qazana şəkər tozu və suyu əlavə edib qaynadın. İçinə limonu diri halda əlavə edib bir az qaynatdıqdan sonra kənara qoyub soyudun.
Bir qaba un xaric digər vəsaitləri əlavə edin və yaxşıca qarışdırın. Unu yavaş-yavaş əlavə edin, nə çox bərk, nə də çox yumşaq olmayan bir xəmir halını alana kimi yoğurun. Xəmirdən kiçik tikələr qoparıb badam şəkli verin. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirin. Bişib soyuduqdan sonra üstünə şərbəti tökün. Üzərini yer fındığı əzməsi ilə bəzəyib süfrəyə təqdim edin.