Azərbaycanı "Türkvision" müsabiqəsində Elzanın tələbəsi təmsil edəcək

Son güncelleme: 30.09.2015 14:53
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage
    ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının finalı olub. məlumata görə, müsabiqənin son bölümü də qalmaqalsız ötüşməyib. Belə ki, münsif kürsüsündə əyləşən müğənni Elton Hüseynəliyev verilişə sonunda gəlib çatıb.

    İştirakçılar sırasında olan Günay Bəylərqızı ifası ilə münsif, xalq artisti Nisə Qasımovanı təəccübləndirib. N.Qasımova gənc sənətçinin oxuduğu “Yalan dünya” mahnısının onu kövrəltdiyini etiraf edib:

    “Bu günə kimi mənim bu mahnımı çoxları oxuyub. Heç birini bəyənməmişdim. Günayın ifası əla idi. Tüklərim biz-biz oldu”.

    Yarışmada birinci yeri əməkdar artist Elza Seyidcahanın tələbəsi Mehman Tağıyev qazanıb. Yarışmanın qalibi ölkəmizi bu il İstanbulda keçiriləcək “Türkvision” yarışmasında təmsil edəcək.

    alıntı
#30.09.2015 14:53 0 0 0