Sənsiz - Elçin Nur

Son güncelleme: 01.10.2015 12:29
  • Elçin Nur şeirləri - Sənsiz şeirin oxu

    Acizəm önündə bu məhəbbətin
    Dözülməz ağrıdır mənə həsrətin
    Sən özün getmisən qalıb surətin
    Hər gün xəyallarla birgəyəm sənsiz

    Bəlkə bu sevgiyə ağıram yükəm?
    Axı rəvadırmı göz yaşı tökəm?
    Mən hamıdan təkəm hamıdan təkəm
    Gecələr qeyb olan kölgəyəm sənsiz

    Sən mənim qoluma ayrılıq saldın
    Sağıma soluma ayrılıq saldın
    Getdiyim yoluma ayrılıq saldın
    Sırası pozulmuş cərgəyəm sənsiz

    Yaşaya bilmirəm mən sənsiz belə
    Gəl ki, başlamasın bu son mərhələ
    Sənli günlərimə ümid var hələ
    Xoşbəxtlik gözləyən növbəyəm sənsiz

    Elçin Nur
#01.10.2015 12:29 0 0 0