Dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa “İlin qadını” seçilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Billboard” jurnalının apardığı səsvermə zamanı “İlin qadını -2015” nominasiyasının qalibi Ledi Qaqa olub.
Mükafatlandırma mərasiminin birbaşa yayımını həyata keçirəcək “Lifetime” kanalının vitse-prezidenti Liz Qeytli müğənninin qələbəsini “O, qeyri-adi ifaçı, güc, cəsarət simvoludur” sözləri ilə şərh edib.
Mərasim təntənəli surətdə dekabrın 11-də Nyu-Yorkda başa tutacaq.