Bu tərəvəzi 3 gün yeyin və arıqlayın! - Pehriz

Son güncelleme: 01.10.2015 14:12
  • Pehriz - Pəhriz saxlamaq - Pəhriz saxlamaq ucun ne etmeli

    noimage

    Indi ən ucuz, asan tapılan, eyni zamanda faydalı tərəvəzlərdən biri də kökdür. Kökə olan sevgimiz ta uşaqlıqdan var. Boyumuz uzansın deyə həmişə yediyimiz kök diş ətinin güclənməsi, dəri və selikli membranlara, görməyə də müsbət təsir edir. Kök alarkən yumşaq olmamasına və üzərində seqment kəsiklərinin olmamasına diqqət edin. Yaşıl, ucu iri köklərin şirin olmadığını öncədən anlamaq çətin deyil.

    Daha yaxşı həzm olunması üçün kökü xama, ya da kərə yağı ilə, yaxud qaynadaraq yeyin.

    Pəhriz saxlayarkən kökdən salatlar hazırlayın, eyni zamanda kök suyu da için.
    Aile.lent.az-ın təqdim etdiyi 3 günlük kök pəhrizinin qısa müddətli olmasının səbəbi tək köklə qidalanmanın yorucu və zəhlətökən ola bilməsidir.

    Pəhriz zamanı hər gün qreypfrut, kivi, alma, portağal yeyin.

    Hər gün 1 stəkan yağsız qatıq, ya da süd içmək olar.

    Əsas inqridient kökdür. Ən yaxşısı salat kimi yemək və suyunu içməkdir. Gündə 3 dəfə kök salatı yemək lazımdır. Bu salata bal, limon şirəsi və yuxarıda sadaladığımız meyvələrdən də qata bilərsiz.

    Fərqlilik olsun deyə kökü blendrdan keçirib 1 çay qaşığı yağ, 1 stəkan xama ilə qarışdırıb yeyə bilərsiz.

    4-5-ci gündən sonra kök yeməyə davam edərək əvvəlki yeməklərə dönə bilərsiz.


    Alinti..
#01.10.2015 14:12 0 0 0