35-40 ədəd şirin bibər
3-3,5 kq kələm
1 acı istiot
2 yerkökü
13 diş sarımsaq
göyərti - şüyüd, cəfəri
marinad:
1 l su
2 x.q. duz
1 x.q. şəkər tozu
0,5 st. bitki (günəbaxan) yağı
0,5 st. 9%-li sirkə
Hazırlanması:
Şirin bibərin toxumlarını təmizləyib hissə-hissə qaynayan suya salaraq 5-7 dəqiqə saxlayın. Sonra çıxarıb soyudun.
Kələmi xırda doğrayın, xırdalanmış göyərti, sürtgəcdən keçirilmiş yerkökü, sarımsaq və acı istiotla (zövqə görə sonuncuların qədərini artıq etmək olar) qarışdırın.
Azca duz vurub bibərlərin içini doldurun, bankalara yığın.
Marinad üçün olan ərzağı qarışdırıb qaynadın. Bibərlərin üstünə tökün.
Bankaların ağzına qapaq qoyub sterilizə edin: 2-litrlik bankaları 30, 1-litrlik bankaları isə 20 dəqiqə qaynatmaq lazımdır.
Sonra qapaqlarını bağlayın, tərs çevirib tam soyuyunca belə saxlayın. Sonra düz çevirib soyuq yerdə saxlayın.