Azadlığa çıxan azərbaycanlı prodüserin yeni şəkli yayıldı

Son güncelleme: 07.10.2015 18:06
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage




    Bu yaxınlarda azadlığa buraxılan azərbaycanlı prodüser Vəfa Məmmədovanın (Vaqifqızı) yeni fotosu yayılıb. Lent.az-ın məlumatına görə, prodüser ötən gün paytaxt məkanlarının birində keçirilən xınayaxdı mərasiminə qatılıb. Həmin gecədə prodüserlə yanaşı, əməkdar artist Rühəngiz Allahverdiyeva və müğənni Xuraman Şuşalı da iştirak edib. R.Allahverdiyeva gecədə çəkdirdiyi fotonu sosial şəbəkədəki səhifəsinə yerləşdirib.


    Xatırladaq ki, V. Vaqifqızı qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilmişdi. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, prodüser xanım barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, daha sonra Bakı İstintaq Təcridxanasına göndərilmişdi.


    Qeyd edək ki, V.Vaqifqızı şou-biznesdə bir çox tanınmış müğənnilərlə çalışıb.

    noimage


    noimage

    Alinti..
#07.10.2015 18:06 0 0 0