Ali məktəblər təhsil haqlarını yüksək etməsin

Son güncelleme: 09.10.2015 10:49
  • Ali məktəblər - təhsil haqqı - tələbə problemləri

    “Təhsil haqları ilə bağlı dövlətin hər hansı tənzimləmə mexanizmi bu gün mövcud deyil. Burada əsas məsələ rəqabət, tələb və təklif əsasında formalaşır. Təhsil Nazirliyi olaraq ali təhsil müəssisələrinə tövsiyəmiz ondan ibarətdir ki, tələbələr üçün daha geniş təhsil imkanları yaratmaq baxımından təhsil haqlarını yüksək etməsinlər”.

    Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

    O bildirib ki, ödənişli əsaslarla təhsil aparan müəssisələr dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir: “Təbii ki, Təhsil Nazirliyiolaraq biz bunu tələb yox, ancaq tövsiyə edə bilərik”.

    Nazir müavini qeyd edib ki, heç bir yerdə ödənişsiz təhsil yoxdur: “Təhsilin hamısı ödənişlidir. Sadəcə, dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir. Dövlət tərəfindən ödənilən təhsil haqlarının qiymətləri tənzimlənir, qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, bunu dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir”.


    alıntı
#09.10.2015 10:49 0 0 0