Natavandan Aygünə sərt cavab

Son güncelleme: 09.10.2015 12:11
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage
    Xalq artisti Aygün Kazımovanın həmkarı Natavan Həbibi barəsində söylədiyi “Natavan mənim ölkədən çıxmağıma qadağa qoyulmasını ancaq yuxusunda görə bilər” sözləri cavabsız qalmayıb. N.Həbibi xalq artistinə cavab verib: “Aygün Kazımova ilə aramızda söz-söhbət 9 il bundan qabaq başlayıb və bu günə qədər də davam edir. Qalmaqalımızın əsası da “Nömrə 1” yarışmasında ona qalib gəldiyimdən sonra başladı. Hamı görür ki, mənim heç kimlə işim yoxdur. İstədilər ki, məni Azərbaycan səhnəsindən silsinlər. Amma alınmadı. Mən bu şansı heç kimə vermərəm. Və heç zaman kiminsə qarşısında əyilmərəm, susmaram. Heç bir söhbətdən qaçıb gizlənən adam deyiləm. Hər bir söhbətin axırına qədər gedən insanam. Bu söhbətdə də axıra qədər gedəcəm. Artıq axırdayıq. Məhkəmə bitib, qərarını verib. Çıxarılan məhkəmə qərarını icra etməməyin özü böyük bir problemdir. Azərbaycanın xalq artisti məhkəmə qərarına münasibət bildirərək deyib ki, “Natavan yuxusunda görər”. Bu sözü söyləmək savadsızlıqdır. Xalq artisti olan bir şəxs xalqın qanunlarına riayət etməlidir. Bu qeyri-ciddi yanaşma ona məxsus olan bir işdir. Düşünürəm ki, o illərdir Natavanı yuxuda gördüyünə görə, öz yaşadıqlarını mənim ünvanıma demiş oldu. O yuxusunda görər ki, Natavanı məhkəmədə udar və Natavanı əyə bilər. Əsası odur ki, Natavan realda işini görür. Yuxuda yox. Əgər Aygün məndən üzr istəməsə 30 il Azərbaycandan kənara çıxa bilməyəcək. Özləri qaşındılar ki, mən bu söhbətin axırına gedim, mən də getdim. İstədiklərini də aldılar”.

    N.Həbibi daha sonra onu da söylədi ki, xalq artisti ilə ondan üzr istəsə belə onunla barışmayacaq: “Bizim aramızda barışıq ola bilməz. Əgər mənim dostum olsa idi, haçansa barışa bilərdim. Amma o mənim dostum olmayıb. Bu cür barışıqları isə lazım bilmirəm. Bu insanlar mənim həyatımda lazım deyil axı. Yenidən gəlsələr, yenə həmin söhbətlər yenə çıxacaq. Ona görə də məndən uzaq dursunlar. Bir sözlə məndən üzr istəyəcəklər. Düşünməsinlər ki, pul cəriməsini ödəyib, məsələnin üstündən keçəcəklər. Bu mənə lazım deyil. Namus pulnan alınıb, satılmır. Üzr istənməlidir”.

    Qeyd edək ki, müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlamasında bildirmişdi ki, məhkəmə qərarı ilə A.Kazımovanın ölkədən çıxışına qadağa qoyulub. Səbəb isə xalq artisti tərəfindən məhkəmə qətnaməsinin tam icra olunmamasıdır. Xalq artisti isə bu açıqlamanı cavabsız qoymamışdı: "Bu yalan və həqiqəti özündə əks etdirməyən xəbərdir. Natavan mənim ölkədən çıxmağıma qadağa qoyulmasını ancaq yuxusunda görə bilər. Hər zaman olduğu kimi yalan və yanlış məlumatlar yaymaqla məşğuldurlar".

    Həmin qətnaməyə əsasən A.Kazımova N.Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırır.

    Xatırladaq ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı: "Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".

    alıntı
#09.10.2015 12:11 0 0 0