uze qulluq - uz baximi - tuklerden qurtulma - dodaqüstü tüklərdə nece xilas olaq?
Dodaq üstü tüklənmə qadınların cansıxıcı problemlərindəndir. Dodaq üstü tüklərdən xilas olmağın təbii yollarını məqaləmizdə qeyd edəcəyik.
Sarıkök və süd
Sarıkök tozu gözəllik məhsulları emal etmək üçün istifadə olunan bir maddədir. Dərinizi təmizləyər, ona sağlam bir görüntü qazandırar, süd də həmçinin kosmetik vasitələrin vazkeçilməzidir. Bu iki maddənin qarışığı ilə dodaq üstü tüklərdən xilas ola bilərsiniz.
Tətbiqi: Bir qabda bir xörək qaşığı südü və sarıkökü qarışdırın. Qarışıq hazır olduqdan sonra tük olan yerlərə sürtün. Quruyana qədər gözləyin və ovalayaraq maskanı çıxarıb soyuq su ilə üzünüzü yuyun.
Yumurta ağı
Yumurta ağı üst dodaq tükləri üçün bir başqa çarə üsuludur. Bu çarə dərinizi canlandırır və mükəmməl nəticələr əldə edərsiniz.
Tətbiqi: Yumurtanın ağını sarısından ayırın, bir az qarğıdalı unu və şəkər tozu ilə qarışdırın. Məcun şəklinə gələnə qədər çəngəllə yaxşıca çırpın. Dodaq üstünə sürtün, yarım saat saxladıqdan sonra üzünüzü yuyun. Ən yaxşı nəticə üçün bu maskanı həftədə iki dəfə təkrarlayın. Bir ay içində tüklərdəki böyümənin əhəmiyyətli şəkildə azaldığının şahidi olacaqsınız.
Qatıq, noxud unu, sarıkök
Qatıq, noxud unu (besan–gram flour) və sarıkök qarışığı da tüklərdən xilas olmağınıza köməkçi olacaqdır. Bir qabda qatıq, noxud unu və sarıkökü eyni miqdarda qarışdırın. Bu qarışımı dodaq üstü bölgənizə sürtərək masaj edin. 15-20 dəqiqə qurumasını gözləyin, ovalayıb çıxarın. Üzünüzü soyuq su ilə yuyub qurulayın.