Aygün ölkədən getdi, qızı da Natavana - Sən heç kimsən deyə söz atdı

Son güncelleme: 15.10.2015 08:13
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Azərbaycandan digər ölkəyə çıxışına qadağa qoyulduğu deyilən xalq artisti Aygün Kazımova ötən gün gecə saatlarında Türkiyəyə yollanıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından İstanbula yola düşən xalq artisti təyyarədə şəkil çəkdirərək, "İnstagram" səhifəsinə də paylaşıb: "Salamat qalın".

    A.Kazımovanın qızı müğənni İlqarə Kazımova da anasının Türkiyəyə yola düşməyi barədə sosil şəbəkədə yazaraq, N.Həbibiyə söz atıb: "Bu gün anamı İstanbula yola saldım, amma yol öncəsi çox güldük. Anla əzizim, sən heç kimsən".

    Xatırladaq ki, xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə xəbəri bir neçə gün öncə mətbuata müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov bildirmişdi. Vəkilin yaydığı məlumatda bildirilmişdi ki, oktyabrın 1-də Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi A. Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb. Səbəb isə xalq artisti tərəfindən məhkəmə qətnaməsinin tam icra olunmamasıdır. Həmin qətnaməyə əsasən, A. Kazımova N. Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırır.

    Qeyd edək ki, N. Həbibi A. Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı: "Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natavan Həbibi barədə dediyimi təkzib edirəm".

    alıntı
#15.10.2015 08:13 0 0 0