Küncütlü ballı banan - Fərqli dad

Son güncelleme: 15.10.2015 12:59
  • Küncütlü ballı banan - Küncütlü ballı banan terifi ve terkibi - Küncütlü ballı banan nece hazirlanir?

    noimage



    Ərzaqlar:

    4 ədəd banan
    2 yemək qaşığı limon suyu
    2 yemək qaşığı bal
    1 çay qaşığı rəndələnmiş zəncəfil
    1 ədəd portağal suyu (rəndələnmiş qabığı)
    2 ədəd yumurta ağı
    1 xörək qaşığı nişasta
    1 stəkan susam və ya kakos
    2 xörək qaşığı duru yağ

    Hazırlanması:

    Bananları soyub qalın kəsin. Üzərinə limon suyu əlavə edin. Balı, portağal suyunu, rəndələnmiş qabığını, zəncəfili qarışdırın. Qarışımı bananların üzərinə tökün. 15-20 dəqiqə eləcə saxlayın.
    Yumurta ağını köpük halına gələnə kimi çırpın. Bananı birinci nişasta, sonra yumurta ağı, sonda isə küncüt, ya da kakosa batırın. Yağı isidin. Bananların hər birini ikitərəfli 3-4 dəqiqə qızardın.

    Nuş olsun...

    Alinti..
#15.10.2015 12:59 0 0 0