Roza Zərgərli süfrəyə gec gəldi - Hörmətsizlikdir

Son güncelleme: 17.10.2015 12:28
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Bu gün Space 104 FM-in “Yanar saat” verilişində maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq proqrama gələn qonaqlardan biri öz əl qabiliyyətini nümayiş etdirməlidir. Bu dəfə aparıcı Anar Vaqifoğlunun qonağı jurnalist-aparıcı Tahirə Məmmədqızı olub. Onun qonaqları isə müğənnilər Manaf Ağayev, İzzət Bağırzadə, Şəbnəm Tovuzlu və Roza Zərgərli olub. Jurnalist veriliş üçün xüsusi olaraq cənub mətbəxinin yeməklərini hazırlayıb: “Bu günki süfrəmdə bir neçə növ ləvəngi, balıq, toyuq yeməkləri hazırlamışam. Düşünürəm ki, yeməklərimi qonaqların hamısı bəyənəcək. Bu gün bura dəvət olunan tanınmışların hamısından razıyam. Amma bircə Roza Zərgərli açdığım süfrəyə gec gəldi. Gec gəldiyinə görə, ondan incimirəm. Yəqin işi olub”.

    T.Məmməqdızının sözlərindən sonra aparıcı A.Vaqifoğlu da təəssüratlarını bildirdi: “Süfrədə hər şey var. Bircə qatıqdan başqa. Roza Zərgərliyə gəldikdə isə, onu verilişə nə zaman çağırmışamsa, hər zaman çağırdığım saatdan tez gəlib. Amma bu gün gec gəldi. Tahirəyə hörmətsizlik edib ki, bu vaxt gəlib”.

    İ.Bağırov da fikirlərini bölüşüb: “Tahirə şou-biznesdə yeganə insandır ki, evimin qapısını onun üzünə açmışam. Bu gün açdığı süfrəni də çox bəyəndim. Xüsusi ilə ləvəngini”.

    Xatırladaq ki, “Yanar saat” verilişi hər həftənin 5-ci günü saat 13:00-dan 14:30-a qədər Space radioda yayımlanır.

    Qeyd edək ki, aparıcı Anarın təqdimatında olan “Yanar saat”ın informasiya dəstəkçisi Lent.az-dır.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage


    Yalçın UĞUR
#17.10.2015 12:28 0 0 0