Mərciməkli qırmızı çuğundur şorbası resepti - Mərciməkli qırmızı çuğundur şorbası terifi - Mərciməkli qırmızı çuğundur şorbasınin hazirlanmasi
Tərkibi:
1 ədəd böyük çuğundur
1 ədəd böyük kartof
1 orta soğan
1 stəkanı mərcimək
1 yemək qaşığı un
1 ədəd toyuq və ya ət bulyonu
1 yemək qaşığı kərə yağı
3 yemək qaşığı zeytun yağı
Kifayət qədər duz və su
Hazırlanması:
Çuğundur, soğan və kartofun qabıqlarını soyub iri-iri doğrayın. Qazana tökün.
Qırmızı mərciməyin yuyub onuda qazana tökün.
Üzərinə toyuq suyu və 2 barmaq üstünə çıxacaq qədər su qoyub qazanda (düdüklü qazan olsa daha yaxşı olar) 20 dəqiqə qədər bişirin.
Ocaqdan alınca duzunu əlavə edib blenderden keçirin.
Bir tavaya yağları və unu qoyub, un qoxusu gedənə qədər qovurun. (istəsəniz içinə nanə də qata bilərsiniz)
Şorbadan bir çömçə götürüb qarışdırın və yenidən şorbanın içinə tökün.
1-2 dəfə daha qaynadıb şorbanı ocaqdan alın.
Üzərinə holland pendiri və ya cəfəri səpin.