Milli Məclisə seçkilərdə 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq

Son güncelleme: 21.10.2015 12:52
  • Siyasi xəbərlər

    noimage

    Milli Məclisə noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq.
    APA-nın məlumatına görə, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında verilib.

    Beləliklə, Milli Məclisdə 125 yer uğrunda 769 nəfər, başqa sözlə, 1 yer uğrunda 6 nəfər mübarizə aparacaq.

    Xatırladaq ki, Milli Məclisə seçkilərdə 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 477 nəfər namizədliyini geri götürüb.

    Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu proses sabah - oktyabrın 22-də başa çatır.

    alıntı
#21.10.2015 12:52 0 0 0