Dünya - Mücireddin Mübarizoglu

Son güncelleme: 21.10.2015 13:10
  • Mücireddin Mübarizoglu şeirləri - dünya şeirin oxu

    Kiminin bașından ələdi varı,
    Kiminin olanın taladı ,dünya.
    Kiminin yandırdı sönmüș ocağın,
    Kiminin həyatın qaladı ,dünya.

    Kiminin sevincdən axdı göz yașı,
    Kiminin qəlbindən asdı qəm dașı,
    Kiminin vəfalı dostu - sirdașı,
    Kiminin bașına baladı ,dünya.

    Kiminin gözündə meyvəli bağdı,
    Kiminin Mücir tək qəlbində dağdı.
    Kiminin gözündə ləkəsiz ağdı,
    Kiminin gözündə aladı , dünya.

    Mücireddin Mübarizoglu
#21.10.2015 13:10 0 0 0