Xalq artisti həmkarı barəsində prokurorluğa niyə şikayət edəcək? - Qalmaqal

Son güncelleme: 21.10.2015 17:09
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülnarə Allahverdiyevanın xalq artisti Yalçın Rzazadənin ünvanına söylədiyi “Mənim tələbəm Safa Eldar ilə özünü reklam edir” sözləri cavabsız qalmayıb. Lent.az-a açıqlama verən Y.Rzazadə müəllim yoldaşının ittihamlarına cavab verib: “Mədəniyyət və İncəsənət Universitetində təhsil alan Safa adlı tələbə bir müddət öncə klip təqdimatı keçirib. Həmin təqdimatda jurnalistlər Safadan soruşub ki, müəllimin kimdir? O, cavabında deyib ki, Gülnarə Allahverdiyeva olub, amma Yalçın Rzazadəni özümə ustad və ideal bilirəm. Təqdimatdan sonra onu Yalçın Rzazdənin tələbəsi kimi təqdim ediblər. Burda qəbahət nə var ki? Bu adam məni özünə müəllim və ideal görür. Hər bir insan özünə ideal insan seçə bilər. Mənim də idealım Tom Cons, Barış Manço, Zeki Müren olub. Safa mənim sinfimə də gəlib. Amma mənim tələbəm olmayıb. Mən universitetdə onun kafedra müdiriyəm. Özünə məni müəllim seçirsə, burda pis şey yoxdur. Amma Gülnarə mətbuata mənimlə Safa haqqında çox pis açıqlamalar verib. Deyib ki, Safanı sinfimdən uzaqlaşdırdım, İlqar Muradovun sinfinə yazdırdım, getsin kişiliyi İlqar Muradovdan öyrənsin. Bu nə sözdür? Bu cür sözlər müəllimə yaraşmaz. Gülnarə özünü universitetdə də yaxşı aparmayıb. Orada bir neçə nəfəri təhqi edib. Amma bilsin ki, özümü tələbəmlə reklam etmirəm. Məni təqdim edəndə böyük sənətkar kimi təqdim edirlər. Mənim yüzdən çox tələbəm var. Gülnarəyə gəldikdə isə o , Vokal fakültəsini bitirməyib, muğamı bitirib, amma estrada kafedrasında dərs deyir. Səfa isə estrada müğənnisidir”.

    Y.Rzazadə onu da əlavə etdi ki, G.Allahverdiyeva xalq artisti barəsində söylədiyi sözlərə görə, məhkəmə qarşısında cavab verəcək: “Hər yoldan keçən mənim haqqımda xoşagəlməz söz deyəcək, mən də susacam? Mənim barəmdə işlətdiyi sözlərə görə, prokurorluğa şikayət edəcəm. Şikayəti bu gün edəcəkdim, amma bəzi işlərə görə, gedə bilmədim. Amma mütləq onun barəsində şikayət edəcəm. Çünki bu qadın məni təhqir edib. Qoy görsün ki, Yalçını təhqir etmək, nə deməkdir. Gələn ayın 5-də isə, vəzifəli dövlət adamı ilə görüşəcəm, məsələsini həmin adama da söyləsəm, universitetdə böyük qalmaqal düşəcək. Necə deyib, elə də cavabını hüquqi şəkildə mütləq görəcək”.

    Xatırladaq ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnarə Allahverdiyeva özünü Yalçın Rzazadənin tələbəsi hesab edən Safanı sinfindən uzaqlaşdırıb. Safa Eldar bundan sonra tanınmış müğənni İlqar Muradovun sinfində təhsil alacaq.

    Qeyd edək ki, G.Allahverdiyeva özünü Y.Rzazadənin tələbəsi hesab edən Safa barədə bu sözləri demişdi: "Nankor övlad valideynin üz qarası olduğu kimi nankor tələbə də mənə lazım deyil. Bu gün populyarlıq üçün hər əyri yola gedən, bir klip çəkdirən kimi gözü ayağının altını görməyən şəxs, sabah daha böyük səhvlər edər. Onu artıq sinfimdə görmək istəmirəm. Özümdən sonra onu ancaq İlqar Muradova həvalə edə bilərdim. 4 il ərzində məndən estrada sənətinin sirlərini öyrəndi, indi də getsin İlqar Muradovdan mərdlik və kişilik öyrənsin. Təbii ki, bu cür yalan həm Safaya, həm də Yalçın bəyə sərf edir. Çünki Safa tanınmış sənətçinin fonunda özünə reklam qazanır, Yalçın bəy isə özündən sonra əmək vermədiyi hazır tələbənin sayəsində ustad kimi xatırlanmaq istəyir. Yalçın bəy illərdir universitetdə dərs dediyi halda niyə indiyədək bir tələbə onun adını çəkməyib? Mədəniyyət və İncəsənət Universitetində qayda var ki, hər bir tələbə istədiyi müəllimi seçməkdə sərbəstdir. Belə olan halda, niyə Safa bu illər ərzində seçimi əvvəldən Yalçın bəyin xeyrinə etməyib?! Ya da niyə sonradan onun sinfinə keçməyib?! Niyə 3 il mənim dərslərimdə oturub, məni müəlliməsi olaraq qəbul edib?!"

    Yalçın UĞUR
#21.10.2015 17:09 0 0 0