Azərbaycan tarixi haqqqında ümumi məlumat

Son güncelleme: 21.10.2015 17:54
  • Tariximiz - Tarixi melumat - Azərbaycan tarixi haqqqında

    noimage



    Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları ən qədim mədəniyyət mərkəzlərindən biridir.
    Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
    Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.
    Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir.
    Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.
    Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.
    Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
    Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. >>>

    Tarix problemlərimizə metodoloji baxış

    noimage
    Musa Qasımlı,
    tarix elmləri doktoru,
    professor

    Dövlət müstəqilliyinin elan olunmasından qısa müddət keçməsinə baxmayaraq, ölkəmizdə tarix sahəsində tədqiqatların aparılmasında uğurlar qazanılıb. Dəyərli əsərlər yazılıb. Məhdud sayda olsa da, alimlərimiz xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Amma tariximizə dair aparılan tədqiqatlar heç şübhəsiz, problemlərsiz də deyil.
    Bəs elə isə tədqiqatlarımızda nələr çatışmır? Tarix problemlərinə yanaşmada araşdırmanın metodoloji prinsiplərinin bütün tələbləri gözlənilirmi?
    Bu və ya digər məsələlər barədə geniş fikir mübadiləsinin və müzakirələrin aparılmasına ciddi ehtiyac duyulur.
    Tarixi bilməyin faydası
    Tarixi bilməyin faydasını izah etməyə ehtiyac yoxdur. İlk baxışda çox sadə bir məsələdir. Lakin sadə olduğu qədər də mürəkkəbdir. Müasir dövrümüz texnika dövrüdür. İnsan icad etdiyi raketlərlə kosmosa uçur. Bir zamanlar vaxt alaraq insan əli ilə görülən işlər qısa müddət ərzində kompyuterlə yerinə yetirilir. Dünya ən yeni texnologiyaların sayəsində xeyli kiçik olub. Tərəfdarlarının və əleyhdarlarının olmasına baxmayaraq, qloballaşma prosesləri gedir.
    Amma bütün bunlarla yanaşı dövrümüz həm də tarixçi təfəkkürü ilə düşünmə dövrüdür. Əvvəllər tarixi yalnız keçmiş haqqında elm kimi qiymətləndirirdilər. >>>

    Alim və vətəndaş fədakarlığı

    noimage
    (Sabir Rüstəmxanlı görkəmli tarixci Cəmil Həsənli haqqında)



    “Tarix bizə – keçmişdə nəyin, necə baş verdiyini aydınlaşdırmaq üçün lazım deyil, canlanan keçmişin bizim kimliyimizi göstərməsi və gələcəyə yol açması üçün lazımdır”.
    Bu, bir amerikan filosofunun mahiyyəti dəqiq dəyərləndirən sözüdür, ancaq o qədər də yeni fikir deyil; tarixdən danışan, yazan alimlərin, söz adamlarının böyük əksəriyyəti tarixi öyrənməyin, tarixi bilgiyə yiyələnməyin – gələcəyə sahiblənmək üçün şərt oldugunu dönə-dönə qeyd ediblər.
    Tarixçilik, tarixyazarlıq – ensiklopedik bilik təlb edən, unikal, bənzərsiz elm sahəsidir; tarix milyonlarla növ-növ adamın müştərək əməyi və mübarizəsiylə yaranır, ancaq onu tək-tək xüsusi istedad sahibləri, bəlkə də müəyyən mənada görücülük qabiliyyəti, iti fəhmi olan adamlar yaza bilir. Nə qədər qəribə olsa da tarix onu yaradanlardan çox, onu yazanların sayəsində yaşayır və nəsildən-nəsilə keçir.
    Türklər tarix yaradan millət olublar, üç qitədə saysız dövlətlər qurub, sivilizasiyanın, mədəniyyətin, şifahi bilgi daşıyıcılığının, şəhərsalmanın, memarlıgın, tətbiqi sənətin, döyüş sənəti və sənayesinin gəlişməsində eşsiz-misilsiz örnəklər yaradaraq, insanlıgın yollarını açıb, fikrini aydınlatsalar da, səmiyyət yönəticiliyinin ən ədalətli biçimlərini kəşf etsələr də, təəssüf ki, yaratdıqlarının kağıza, yazıya keçməsə, bir gün unudulacağı, başqalarının malına çevriləcəyi barədə az düşünüblər; qılıncın – hakimiyyətin kimin əlində olmasının önəmini düşünsələr də, qələmin kimin əlində olmasına o qədər də əhəmiyyət verməyiblər. Tarixi yaratsalar da yazmayıblar. >>>

    Alinti...
#21.10.2015 17:54 0 0 0