Astronomlar planeti məhv edə bilən “Death Star” aşkarlayıblar
Astronomlar planeti məhv edə biləcək “Death Star” aşkarlayıblar.
Andrew Vanderburg heç bir insanın görmədiyini – günəş sisteminin necə məhv edildiyini gördüklərini deyib.
Kosmik Kepler teleskopu ilə müşahidə aparan astronomların dediklərinə görə, ilk olaraq 4 saat yarımdan bir adi ulduz axını başlayıb və o an həmin böyük obyekt öz ulduzundan təxminən 830 min kilometr məsafədə yerləşirmiş.
Digər teleskoplarla dolğun nəticə əldə edən alimlər orbitə yaxın uçan digər disklərin izlərini də tapıblar. İri obyekt ulduzun parlaqlığını 40% itirməsinə səbəb olub.
Astrofiziklərin dediyinə görə, məhvedici “ağ cırtdan” ulduzu asteroid və planetləri udan selenium, sillisium və analoji çirklənmiş elementlərdən ibarətdir.
Qeyd edək ki, müşahidə zamanı ulduzun ətrafında mənşəyi bəlli olmayan disk qəlpələri də görülüb.
Alimlərin təxmininə görə, orbitdəki planetlərdən biri qeyri-stabil olduğundan günəşə yaxınlaşıb və dağılmağa başlayıb.