Squat Nədir Necə Edilir?

Son güncelleme: 22.10.2015 18:09
  • Beden baximi - Bədənə qulluğun qaydaları - Squat nədir ?

    noimage

    Squat- ana dilimizdə "çöməlmə” mənasını ifadə edən hərəkət, bədən əzələsi inkişaf etdirmə hərəkətlərindən ən əhəmiyyətlilərindən biridir. Son zamanlar olduqca göz önündə olan squat sizlərin də mütləq diqqətini cəlb etmişdir.

    Bud hissələrinizi formalaşdırmaq və çox gözəl bir görünüşə sahib olmaq istəyirsinizsə, hər gün nizamlı şəkildə bu hərəkəti etsəniz böyük nəticələr əldə edə biləcəyinizdən əmin ola bilərsiniz!

    Əvvəlcə bu mövzuyla əlaqədar bir çox yazı və video taparaq squat təcrübənizi zənginləşdirə bilərsiniz. Amma squat edərkən bir neçə ünsürə diqqət etməlisiniz.

    Nə qədər yerə yaxınlaşsanız o qədər yaxşıdır.
    Squat edərkən kürəyiniz dik, ayaqlarınız yerə paralel olmalıdır.

    Dizlərə diqqət!
    Squatın ən əhəmiyyətli qaydalarından biri dizlərə diqqət etməkdir. Əgər dizləriniz barmaq uclarınızı keçirsə, istədiyiniz nəticəni əldə edə bilməzsiniz. Bu səbəblə onların barmaq uclarınızı keçməməsinə diqqət göstərməlisiniz.

    Ayaqları çiyin genişliyində açın!
    Squata başlamadan əvvəl ayaqlarınızı çiyin genişliyində açdığınıza əmin olun. Bu məşq eyni zamanda bir tarazlıq məşqi olduğundan, beləcə tarazlığınızı daha asan təmin edə biləcəksiniz.

    Squatın arıqlamağa faydası.
    Arıqlamaq və çəki azaltmaq istəyənlərin də eyni şəkildə squat hərəkətindən istifadə edə bilərlər. Bud əzələləri üçün çox faydalı olan squat, böyük bir əzələ kütləsini hərəkətə keçirərək nəbzi sürətləndirir, qan dövranını artırar. Beləcə yağ əriməsi sürətlənir və daha sürətli çəki itirilit. Bundan əlavə, bud nahiyəsində yığılmış olan yağları sürətli şəkildə əriməyə başlayır. Daimi olaraq squat edən bir qadında selülit olma ehtimalı yoxdur. Selülitli bir görüntü meydana gəldisə, yenə də squatdan istifadə edilməsi məsləhət görülür.

    Əgər 30 gündən sonra gözəl bədənə sahib olmaq istəyirsinizsə, onda bu squat cədvəlindən istifadə edin.


    Alinti...
#22.10.2015 18:09 0 0 0