Maraqlı meqamlar - Yer kürəsi - Yer kürəsinin qaranlığa qərq olacaqi haqqinda
NASA Yer kürəsinin 15 gün ərzində - noyabrın 15-dən 29-na kimi qaranlığa qərq olacağı haqda xəbərdarlıq edib.
NASA astronomlarının sözlərinə görə, bu astronomik proses Venera və Yupiter arasında baş verəcək. NASA-nın icraçı direktoru Çarlz Bolden qeyd edib ki, Venera Yupiterin cənub-qərbinə keçəcək və 10 dəfə daha parlaq olacaq. Veneranın işığı Yupiterdəki qazları qızdıracaq. Bu reaksiya sayəsində isə hidrogenin indiyə kimi görünməmiş miqdarı kosmosa buxarlanacaq.
Günəş öz istilik sistemi ilə partlayışın qarşısını almağa çalışacaq. Lakin yüksək temperatur Günəşin göyümtül rəngə çalmasına gətirib çıxaracaq. Beləliklə, dünyanın qaranlığa qərq olması prosesi başlayacaq və bu, təxminən 14 gün davam edəcək. Günəş öz rəngini qaytaranda normal temperaturunu da bərpa edə biləcək.
Boldenin sözlərinə görə, “Sözügedən proses hər hansı ciddi nəticələrə yol açmayacaq. Yəni narahat olmağa dəyməz”