Hər birimiz mətbəxdə olarkən əlimizin altında olan ərzaqlara baxır, ona uyğun yemək hazırlayırıq.
Mən bu gün lavaşda salat elədim.
Lazım olan vəsaitlər:
1 paket böyük lavaş (10 ədəd)
1 toyuğun döş əti (file)
4 kartof
4 yumurta
2 turşu xiyar
1kiçik banka qarğıdalı konservi (Bizim tarla)
1 ədəd mayonez
1 dəstə keşniş,şüyüd
duz, istiot
Hazırlanması:
Bişirilməli vəsaitlər bişirilir və soyudulur. File didilir. Kartof, yumurta və xiyar sürtgəcin iri gözündən keçirilir. Göyərti doğranır.
Bir qabda bütün vəsaitlər azacıq mayonez əlavə edilərək qarışdırılır.
lavaşlar 2-2 ayrılır. Birinci lavaşın üstünə mayonez çəkib 2-ci lavaş üstünə qoyulur.
Üstü mayonezlənir, salat qoyulub rulet kimi bükülür.
Hamısı hazır olduqdan sonra 1-2 saatlığa soyuducuya qoyulur.