1. Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması
2. “Şebi - Əbi Talib” hadisəsi
3. Zəkatın ilk toplandığı gün
4. “Zatür-rüqa” müharibəsi
5. Həzrət Hüseynin (ə karvanının Bəni Məqatilin qəsrinə çatması
6. Mədinə xalqının Yəzid əleyhinə qiyamı
7. Əmirəlmömininin (ə övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı
1. Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması
Məhərrəm ayının ilk günü, Əhli-beytin (ə hüzn ayının ilk günüdür. O gün bütün peyğəmbərlər və mələklər Əhli-beytin (ə sevənlər və ardıcılları hüznlüdür. Rəvayətdə deyilib: Hər il Məhərrəmin ilk günündən aşura günündək Şəhidlər ağasının parça-parça olmuş köynəyi Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə, s.)
Məhərrəm imam Rzanın (ə kəlamında
Rəyyan ibn Şəbib deyir: “Məhərrəmin ilk günü İmam Rzanın (ə xidmətinə müşərrəf oldum. Həzrət söz əsnasında buyurdu: Ey Şəbibin oğlu! Cahiliyyət dövrünün ərəbləri məhərrəm günlərində müharibəni haram bilirdi. Ammma bu ümmət məhərrəm ayının aradan qaldırdılar və Peyğəmbərin (s) ehtiramını saxlamadılar. Bu ayda bizim qanımızı halal bilib bizim hörməti sındırdılar. Bizim övladlarımzı və qadınlarımızı əsir etdilər. Bizim yudumuza od vurub malımızı qarət etdilər. Allahın Rəsuluna (s) görə (Onun adına görə bizə hörmət etmədilər. Həqiqətən aşura günü bizim ürəyimizi yandırdılar, (ağlamaqan) kipriklərimiz yara bağladı, gözümüzün yaşını axıtdılar. Bizim əzizimizi Kərbəla torpağında (hörmətsizlik edib) kiçik sayıb, bizim üçün möhnət və bəla qiyamətədək (ondan) irs qaldı.
Ey Şəbibin oğlu! Əgər (bir şeyə ağlamaq istəsən Əli oğlu Hüseynə (ə ağla! Ona görə ki, qoyunun başını kəsirmiş kimi onu öldürdülər. O həzrətlə birikdə onun evindən on yeddi nəfərini şəhədətə çatdırdılar ki, onların yer üzündə bənzəri yox idi. Onların şəhadətində yeddi göy və yer ağladı. Aşura günü dörd min mələk o həzrətin qələbəsi üçün gəlib gördülər ki, o şəhid olub. Ona görə də qəm-qüssəli halda onun pak qəbrinin ətrafına (təyin oldular) məskunlaşdılar ki, həzrət Qaim (əc) zühur edəndə onun “Ya Saratəl-Hüseyn” şüarına səs verib köməyinə tələssinlər.
Ey Şəbibin oğlu! Bizimlə cənnətin yüksək dərəcələrindən olmaq istəsən bizim qəmimizəd qəmgin, bizim şadlığımızda şad ol! Bizi sevməyi və məhəbbətimizi tapşırıram sənə. Əgər bir şəxs bir daşı da sevsə Allah taala sabah qiyamət günü onu o daşla məşhur edəcək. ( Üyuni-əxbarür-Rza (ə c.2, səh. 268, -Biharül-ənvar, c. 44 səh. 285)
2. “Şebi - Əbi Talib” hadisəsi
Peyğəmbərin Peyğəmbərliyə (s) təyin olduğu beşinci gün İslamın gün-gündən nüfuzunun çoxalması ilə bağlı Qüreyş kafirləri qərara aldılar ki, əlbir olub Peyğəmbəri-Əkrəmi (s) qətlə yetirsinlər. Əbu Talib (ə bu bədxah qərardan xəbərdar olduqan sonra Peyğəmbərin (s) canının qorumaq üçün Bəni-haşimi qadın və uşaqları ilə birlikdə “Əbu Talib Şeb”-i tanınan dərəyə köçürdü. O böyük şəxsin qiymətli övladları gecə-günüz pərvanə kimi Peyğəmərin (s) vücudunun şəmi ətrafında dolanırdı. Onların böyük səyi Qureyş kafirlərinin peyğəmbəri (s) öldürmək cəhdini nəticəsiz etdi. Ona görə də onlar Darün-nüdvə -də bir tolanıb bir məclis təşkil etdilər. Orda bir müqavilə yazıb müsəlmanlarla hər növ müamiləni, alış-veriş, nikah və ünsiyyəti qadağan etdilər. Onlara, mümkün olan hər bir vasitə ilə peyğəmbərin (s) öldürülməsinə razı olub onu kafirlərə təhvil verməsi üçün müsəlmanlara təzyiq göstərirdi. Peyğəmbər (s) və müsəlmanların Şebi-Əbu Talib -də mühasirəsi çox ağır və dözülməz keçirdi. Şebi-Əbu Talibin ətrafında məskun olanlar, gecələr Bəni-Haşim uşaqlarının aclıqan ucalan səslərini eşitdi. İki ildən bir neçə ay keçdikdən sonra Allahın əmri ilə qarşıqalar o müqaviləni təkcə orada yazılmış Allahın adı istisna olmaqla bütünlüklə yeyib aradan qaldırdılar. Həzrət Əbu Talib (ə müşriklərə o möcüzəni xəbər verdi. Onlar çarəsiz qalıb müsəlmanaları mühasirədə saxlamaq və onları incitməkdən yayındılar. Beləliklə müsəlmanlar öz evlərinə qayıtdılar. (Muntəhayül-amal, 1-ci bölmə, 6-cı fəsil, səh.72)
3. Zəkatın ilk toplandığı gün
Tarixin bu təqvimindən Peyğəmbəri-əkrəm (s) zəkat toplamaq üçün təyin etdiyi şəxsləri Mədinə ətrafına göndərdi. Bu iş, çətin və ağır anlarda ehtiyaclılarla birlik, onların dərdinə şərik olmaq və çarəsizlər üçün bir ümid nəsimi idi.
4. “Zatür-rüqa” müharibəsi
Hicri təqvimi ilə 4-cü il, Qüreyş kafirləri Mədinə ətrafında olan qəbilələri, o şəhəri mühasirəyə almaq üçün sövq etdilər. İslamın əziz peyğəmbəri (s) 400 (digər bir nəqlə əsasən 700) nəfərlə birlikdə, onlarla üzləşmək üçün Mədinədən xaric oldu. Üç gün onlarla müharibə etdi. Onlardan gələn təhlükə dəf olunduqdan sonra həzrət (s) bu hadisəyəyə görə “xöfv” namazı qıldı. (Kəmal ibn Əsir. c. 2, səh 172).
5. Həzrət Hüseynin (ə karvanının Bəni Məqatilin qəsrinə çatması
Tarixə əsasən hicir təqvimi ilə 61-ci il, məhərrəmin ilk günü imam Hüseynin (ə karvanı Kərbəla səfəri zamanı yolda Bəni Məqatilin qəsrinə çatdı. Orada Übeydullah ibn Hürr Cofi ilə görüşüb onu köməyə dəvət etdi. O, imam Hüseynin (ə dəvətini qəbul etmədi. Lakin bu üzdən həmişə xəcalət çəkib peşmanlıq odunda yanırdı. Nəhayət məhz bu halla dünyadan köçdü. (Əl-irşad, c.2, səh. 81)
6. Mədinə xalqının Yəzid əleyhinə qiyamı
Hicri təqvimi ilə 63-cü ildə Mədinə xalqı, Əbdullah ibn Hənzəlinin başçılığı ilə Yezid hakimiyyətinə əleyhinə qiyama qalxıb Mədinədə sakin olan əməviləri şəhərdən xaric etdi. O qiyamın xəbəri Şam ordusuna çatdı. Şam qoşunu şəhərə hücum etdi və ağrılı “hərrə” faciəsi baş verdi.
7. Əmirəlmömininin (ə övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı
Hicri təqvimi ilə 81-ci il, məhərrəm ayının ilk günü, Məhəmməd ibn Hənəfiyyə Əbdülməlik ibn Mərvannın hakimiyyətdə olduğu dövrdə 65 yaşında ikən vəvat etdi və Bəqi məzarlığında dəfn olundu. Bəzilrinin fikrincə o, ömrünün sonlarında Əbdüllah ibn Zübeyrin fitnəsindən xilas olmaq üçün Tayifə qaçıb və orada dünyasını dəyişıb. Bəzi rəvayətlərə əsasən Allahın Rəsulu (s) Məhəmmədin doğumunu Əmirəlmömininə (ə müjdə verib öz adını və ləğəbini ona əta etdi.
Məhəmməd ibn Hənəfiyyə bilikli, şücaətli və güclü kişi idi. Nəql olunub ki, həzrət Əlinin (ə hüzuruna müəyyənı sayda zireh gətiriləndə, zirehlədən biri adi ölçüdən uzun idi. Məhəmməd zirehin aşağısını yığıb, atasının nişanladığı yerdən tutdu və dəmirdən olan o zirehin ətəyini (ipək) parça kimi qoparıb qısaltdı. (Muntəhayül-amal, 3-ci bölmə, 6-cı fəsil, səh.263)