Məhərrəm ayının 2-ci günü

Son güncelleme: 23.10.2015 14:16
  • Məhərrəm ayı - Məhərrəm ayının 2-ci günü haqqinda

    Həzrət Hüseyn (ə;) karvanının Kərbəlaya daxil olması
    Məşhur rəvayətə görə hicri təqvimi ilə 61-ci ildə həzrət Seyidüş-şühəda (ə;) öz Əhli-beyt (ə;) və əshabı ilə birkikdə Kərbəlaya çatdı. Rəvayətə əsasən həzrətin atı daha hərəkət etməyıb dayandı. Həzrət Hüseyn (ə;) “bu məntqənin adı nədir” deyə soruşdu. Dedilər: “Qaziriyə”. Buyurdu: “Başqa adı yoxdur?” Dedilər:” Şatül-furat”. Həzrət (ə;) başqa adı haqqında soruşdu: Dedilər: Kərbəla. O zaman həzrət ürəkdən bir ah çəkib ağladı və buyurdu: “Əllahummə əzuzu bikə min-əl-kərbi vəl-bəla, And olsun Allaha! Bura Kərbəla torpağıdır. Allaha and olsun, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər, arvad-uşaqlarımızı əsir aparacaqlar..Ey comərdlər, (atlardan yerə;) enin ki, bizim qəbrlərimizin yeri burdadır.

    alinti...
#23.10.2015 14:16 0 0 0