Bu gün Space 104 FM-in “Yanar saat” verilişində maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq proqrama gələn qonaqlardan biri öz əl qabiliyyətini nümayiş etdirməlidir. Bu dəfə aparıcı Anar Vaqifoğlunun qonağı müğənni Afaq Aslan olub. Onun qonaqları isə müğənnilər Xuraman Şuşalı, Yaşar Cəlilov və prodüser Təranə Səmədova olub. İfaçı veriliş üçün xüsusi olaraq Qazax mətbəxinin yeməklərini hazırlayıb: “Çalışdım ki, bu gün gözəl bir süfrə hazırlayım. Ona görə də, ilk dəfədir ki, yuxudan səhər saatlarında oyanmışam. Etiraf etdim ki, bu gün hazırladığım dolma, kartof, toyuq qızartması, şah plov və digər yeməklərin hazırlanmasında mənə yardım ediblər.
A.Aslanın sözlərindən sonra aparıcı Anar da fikirlərini bölüşüb: “Nədənsə bu gün çox qısa geyinmisən. Elə ona görə də narahat oturmusan. Geyimin bir az uzun olsa idi, yaxşı olardı. Bu günki süfrənə gəldikdə isə yaxşıdır. Amma bundan gözəl süfrə açanlarda olub”.
Prodüser Təranə Səmədova da fikirlərini bölüşüb: “Düşünürəm ki, Afaqın süfrəsi yaxşıdır. Dəvətinə görə də minnətdaram. Deyərdim ki, Afaq bu süfrənin 100 manat pul xərcləyib”.
Müğənni Yaşar Cəlilov da süfrəyə qiymət verib: “Dəvətə görə, Afaqa təşəkkürümü bildirirəm. Amma süfrədə bəyənmədiyim nüanslar var. Məsələn aşın qarasında ət az idi. Diş çöpü də yox idi.
Digər qonaq müğənni Xuraman Şuşalı isə verilişin bitməsinə bir neçə dəqiqə qalmış gəlib: “Uşaqlarıma görə gecikdim. Həm də şəhərdə tıxac idi deyə, gecikdim. Süfrəyə 50 manat pul xərcləndiyini deyə bilərəm”.
Xatırladaq ki, “Yanar saat” verilişi hər həftənin 5-ci günü saat 13:00-dan 14:30-a qədər Space radioda yayımlanır.
Qeyd edək ki, aparıcı Anarın təqdimatında olan “Yanar saat”ın informasiya dəstəkçisi Lent.az-dır.