Soyuq havaların əmələ gətirdiyi quru dəriyə təbii və ucuz vasitələrlə çözümlər

Son güncelleme: 26.10.2015 17:03
  • Qadin gözəliyi - Üz dərisinə qulluq - Quru dəri - Quru dəri problemi - Quru dəriyə təbii və ucuz vasitələrlə çözümlər

    1.Zeytunyağı - möcüzəvi qidadır, quru dərilərdə çox gözəl nəticələr verir. Bir çox nəmləndiricinin tərkibində zeytun yağı var. Bir miqdar pambığı zeytun yağının içində bir neçə dəqiqə saxlayın. Daha sonra quru olan bölgəyə pambığı yerləşdirib bir neçə dəqiqə gözlədin və ilıq suyla durulanın. Çox soyuq su, ya da isti sudan istifadə etməyin.

    2. Zeytunyağı, Limon və Duz pillinq - 1 limonun suyunu 5 yemək qaşığı dəniz duzu və 1 yemək qaşığı zeytun yağı ilə qarışdırın və əllərinizi bu qarışıqla ovxalayaraq ilıq su ilə durulanın. Bu qarışıq əllərinizin yumşaq olmasını təmin edəcək.

    3. Bal - birbaşa olaraq dərinin problemli bölgəsinə tətbiq oluna bilər. Dərini dərindən nəmləndirərək yumşaldır. Yumşaq hərəkətlərə problemli bölgəyə ( əl, üz, ayaqlar ola bilər) massaj edin. 2-3 dəqiqədən sonra ilıq suyla durulanın. Suyun çox isti olmamasına diqqət yetirin.

    4. Kokos yağı - dərini nəmləndirən digər bir möcüzəvi yağdır. Dəriyə çəkmək və ya duş kreminə qarışdıraraq istifadə edə bilərsiniz.

    5. Aloye şirəsi - həm dəriyə, həm də bir çox sağlamlıq problemində iç orqanlara faydası artıq məlumdur. Bitkinin yarpağının qırılması və içindəki mayenin çıxarılması ilə əldə edilir . Bu mayeni birbaşa olaraq quru bölgələrə tətbiq edə bilərsiniz. Bir az yapışıq məhlul olduğundan 5-10 dəqiqə sonra nəmli bir pambıqla silə bilərsiniz.

    alinti...
#26.10.2015 17:03 0 0 0