Payız-qış mövsümlərində insanlar soyuqdəymə və qrip xəstəliklərinə daha tez-tez tutulur.
Bu xəstəliklərin profilaktikası üçün immun sisteminizi möhkəmləndirin.
Belə hesab olunur ki, bu resesptdən qədim Tibet təbibləri istifadə edirdilər. Bu çay möcüzəli içki sayılırdı, zəif, xəstəlik keçirmiş insanları ayağa qaldırıdı.
Lazım olan məhsullar:
- Yaşıl çay - 2 çay qaşığı
- Nanə - 10 yarpaq
- Sürtgəcdən keçirilmiş zəncəfil kökü - 1 çay qaşığı
- Bal - 1 xörək qaşığı
- Mixək - 2 dənə
- Su - 1/2 l
- 1/2 limonun şirəsi
Yaşıl çay, zəncəfil, mixək və nanə çaydanda çay kimi dəmlənir. 30 dəqiqədən sonra (çay ilıq olmalıdır) çayı süzün, bal və limon əlavə edin. Çayı termosa tökün və gün ərzində ilıq halda için. Bunu hər gün etmək lazımdır.
Belə çay həm xəstəliklərin profilaktikası məqsədi ilə, həm də soyuqdəymə xəstəlikləri zamanı içmək olar. Çay sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.